Azərbaycan Prezidenti həmkarını təbrik edib

OXUNUB: 1062 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Peru prezidenti Pedro Pablo Kuçinskiyə məktub göndərib.

 Məktubda deyilir:

"Hörmətli cənab prezident. Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram”.

İcmal.Az

RƏYLƏR