Azərbaycan prezidenti Hindistan XİN rəhbərini qəbul edib

OXUNUB: 873 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İcmal.Az-ın məlumatına görə, Mobaşar Caved Akbar Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayıb.

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Sizin rəhbərliyinizlə ölkənizdə əldə edilən sabitlik və inkişafla bağlı Hindistanın baş naziri, rəhbərliyi və xalqı adından Sizi təbrik edirəm”, - deyə o bildirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində böyük uğurlar əldə etdiyini, sabit və sürətlə inkişaf edən ölkəyə çevrildiyini vurğulayıb.

Dövlət başçısı Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın ölkəmizə bu səfərinin ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını deyib.

Söhbət zamanı "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində Bakıda keçiriləcək Nazirlər Konfransının regional əməkdaşlığın gücləndirilməsi, Əfqanıstana beynəlxalq səviyyədə göstərilən dəstəyin artırılması baxımından önəmi qeyd edilib.

İcmal.Az

RƏYLƏR