Azərbaycan Prezidenti: "Neft gəlirləri düzgün istifadə olunmalıdır"

OXUNUB: 1047 index-manşet İQTİSADİYYAT
Neftdən əldə olunan gəlirlərlə"Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birgə icra etdiyimiz layihələr bir çox ölkənin enerji balansını və enerji təhlükəsizliyini təmin edəcək”.


Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
 
Dövlət başçısı deyib ki, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürüb: "Ümid edirəm ki, biz yaxşı nəticələr göstəririk. Bu konqresdə neft və qaz məsələləri diqqət mərkəzindədir. Bir məsələyə də toxunmaq istəyirəm. Adətən, neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, bundan istifadə edə bilərdik. Amma neft fayda da gətirə, baş ağrısı da yarada bilər. Bu, neftdən necə istifadə edildiyinə baxır. Biz Azərbaycanda çalışırdıq ki, "qara qızılı" insan kapitalına çevirək. Hesab edirəm ki, buna nail olduq. Biz neftdən əldə edilən gəlirləri şəffaf şəkildə Neft Fondunda toplayırıq. Azərbaycan Dövlət Neft Fondu dünyada ən şəffaf neft fondlarından biridir, BMT-nin də mükafatına layiq görülüb. Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır. İkinci, neft gəlirləri düzgün istifadə olunmalıdır. Biz bu gəlirləri ilk növbədə infrastruktur layihələrə yönəltdik. Bu gün tikdirdiyimiz onlarla elektrik stansiyalarının istehsal etdiyi enerjini ixrac edirik.
 
Məktəb, xəstəxana tikintisinə diqqət yönəltdik, yoxsulluqla ciddi mübarizə apardıq.
 
Neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu və işsizliyi aşağı səviyyəyə - 5-6 faizə saldıq. Yəni, atılan addımlar nefti həm faydaya çevirə, həm də ölkələr neftin yaratdığı problemlərlə üzləşə bilər. Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə böyük həcmdə sərmayələr qoyulur. Biz də öz növbəmizdə  xarici ölkələrə sərmayə qoyuruq. İlk növbədə Türkiyəyə, Türkiyənin enerji sektoruna 10 milyard dollar sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm iki dəfə artacaq”.
 
Prezident İlham Əliyev nəzərə çatdırıb ki, bu gün enerji təhlükəsizliyi deyəndə Azərbaycanın icra etdiyi layihələr yada düşür: "Bir daha deyirəm ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini təmin etmir. Bunun bütövlükdə bölgənin gələcəyinə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik gətirir, yeni iş yerləri yaradılır, təhlükəsizlik tədbirlərini gücləndirilir, geniş əməkdaşlığa qapılar açılır”. işsizliyi 5-6 faizə saldıq
 
 İcmal.Az

RƏYLƏR