İlham Əliyev Türkiyədə səfərdədir - YENİLƏNİB + FOTO

OXUNUB: 1042 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da İstanbulda İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

18:43

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.

İcmal.Az-ın məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

RƏYLƏR