Azərbaycan QHT-ləri erməni vandallığı ilə bağlı birgə bəyanat veriblər

OXUNUB: 344 SOSİAL
Azərbaycanda Fəaliyyət göstərən QHT nümayəndələri Tərtərin işğaldan azad olunan ərazilərinə səfər ediblər.

Səfər 10 dekabr Ümumdünya İnsan Hüquqları günündə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Səfər zamanı QHT nümayəndələrini Prezident Admnistrasiyasının əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının sədr müavini Vüsal Quliyev müşayiət edib.

QHT nümayəndələrinə ermənilərin işğalı dövründə törətdiyi vəhişiliklər və vandalizm barədə məlumat verilib. Daha sonra qonaqlar Talış kəndində erməni vandallığı nəticəsində dağıdılan Rus Pravoslav kilsəsini ziyarət ediblər.

Vətən müharibəsində Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsi və Talış kəndində səfər edən Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq QHT nümayəndələri birgə bəyanat səsləndiriblər.

Bəyanatda beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin icrasının vicdanla həyəyata keçirlməsinin əhəmiyyəti vurğulanıb.

QHT nümayəndələri səsləndirdikləri birgə bəyanatla Ermənistanın siyasi və hərbi rəhbərliyinin təcavüzü nəticəsində pozulan insan hüquqları əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən ədalətli şəkildə araşdırılması, minalanmış ərazilərin dəqiq xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırış ediblər.
 
 

RƏYLƏR