Azərbaycan Qran Prisinin qalibinə maraqlı hədiyyə – FOTO

OXUNUB: 746 İDMAN

"Red Bull” komandasının pilotu Daniel Rikkardo Bakıda səfərdədir.

İcmal.Az xəbər verir ki, səfər çərçivəsində 2017 Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, "Red Bull” komandasının pilotu Daniel Rikkardo İçərişəhərdə olub.

Qız qalasını ziyarət edən pilot "ABAD” sərgi-satış mərkəzində olub.

Qonağa "ABAD”-çı sənətkarların hazırladıqları və Formula-1 yarışlarına həsr olunmuş "Bakılı pilot” suveniri hədiyyə edilib.

Qeyd edək ki, Formula-1 azarkeşlərinin sevimlisi D.Rikkardo paytaxtda olarkən Bakı Şəhər Halqasında (BŞH) keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq.

Səfərlə əlaqədar şəkilləri təqdim edirik:

 

İcmal.Az

RƏYLƏR