Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə növbəti təlim təşkil olunub

OXUNUB: 1008 QHT

Qarabağ abidələrini unutmayaq!

 

Fiziki şəxs Heydərov Heydər Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağ abidələrini tanımaq borcumuzdur!” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.

Layihənin məqsədi Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə gənclərimizi, rayon ictimaiyətini məlumatlandırmaqdan ibarətdir

Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzinin zalında rəssamlıqla məşğul olan yeniyetmə və gənclərin iştirakı ilə təlim keçirilib. Təlimdə Mərkəzin rəhbəri Aygün Həsənzadə, Samux Uşaq Gənclər Mərkəzinin direktoru Məhəbbət Həsənova, Karayeri qəsəbə 1 saylı orta məktəbin direktoru Bəsti Mahmudova, təlimçi Afərim Namazova iştirak edib.

 

Layihə iştirakçılarına Qarabağ abidələrinin qədim keçmişi və tarixi kökləri haqqında  məlumat verilib. Qeyd olunub ki, təlimlərdən sonra "Qarabağ abidələrini tanıyırsınızmı” devizi altında 1 rəsm müsabiqəsi təşkil olunacaq. Təlimdən sonra Mərkəzin rəsm studiyasında uşaqların əl işlərindən ibarət fotolara baxış təşkil olunub.

 

Tədbirdə gənclərə maarifləndirici buklet və hədiyyələr paylanıb.

 

 

 

İcmal.Az

RƏYLƏR