Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi "Qələbə Naminə" adlı layihə həyata keçirilib.

OXUNUB: 1324 SOSİAL

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi "Qələbə Naminəadlı layihə həyata keçirilib.

 

 Layihənin açılış mərasimində layihə təhbəri Mahirə Hüseynova layihə haqqında danışıb. Son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan natiq gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinin çox önəmli olduğunu vurğulayıb. O, bildirib ki, layihənin keçirilməsində əsas məqsədi müharibə şəraitində olan ölkəmiz ücün əhəmiyyətli idman növü olan atıcılığa gənclərin marağının artırılması, Olimpiya idman növlərinin inkişaf etdiyi respublikamızda atıcılığın 2 olimpiya idman növündə potensial atıcıların aşkarlanması və istiqamətləndirilməsi olub. Ümumilikdə 150 gənci əhatə edən layihə çərçivəsində təlimlər vasitəsilə gənclərin atıcılıq üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi təşkil edilib. Eyni zamanda Azərbaycan Atıcılıq Federasiyasında atıcılıq qabiliyyəti olan gənclər peşəkarlar tərəfindən təlimlərə cəlb edilib.

Tədbirin sonunda iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

 

 


 

 

İcmal.Az

RƏYLƏR