Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası SOS Uşaq Kəndi ilə görüş keçirib

OXUNUB: 961 SOSİAL

       Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası SOS Uşaq Kəndi ilə görüş keçirib.

         AQSİA – da keçirilən görüşdə SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov, AQSİA-nın icraçı direktoru Təranə Məmmədova, AQSİA-nın  Sosial iş departamentinin rəhbəri Gülnarə Xəlilova, "Loqos” un QHT şöbəsinin rəhbəri Leyla Kərimova, "Loqos” un Marketinq şöbəsinin rəhbəri Günel Axundova və Sos Uşaq Kəndinin nümayəndəsi iştirak ediblər.

       Tədbirdə SOS Uşaq Kəndi Proqramı  çərçivəsində AQSİA ilə qurulacaq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

       Hər iki tərəf SOS Uşaq Kəndində yaşayan uşaqlara, gənclərin gələcək həyatlarında sahibkarlıq o cümlədən, onların işlə təmin olunması məsələsini müzakirə ediblər.

      AQSİA-nın icraçı direktoru Təranə Məmmədova Assosiasiya haqqında geniş məlumat verib.

     Sosial iş departamentinin rəhbəri Gülnarə Xəlilova hər iki tərəfin həyata keçirəcəyi layihələr haqqında məlumat verib.

      SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov qurulacaq yeni əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib və qeyd edib ki, assosiasiya ilə başlanacaq layihələr hər iki tərəf üçün faydalı olacaqdır.

 

İcmal.Az

RƏYLƏR