Azərbaycan səhayət üçün ən ucuz ölkələrin siyahısında

OXUNUB: 980 MƏDƏNİYYƏT

"Skyscanner” saytı dünyanın müxtəlif ölkələrində 2 həftəlik istirahətin orta qiymətini hesablayıb.

 Azərbaycan  maliyyə baxımından daha cəlbedici və səyahət üçün daha maraqlı ölkələrin sırasında yer alır. 

Siyahıya görə Azərbaycan 23 istiqamət arasında 6-cı yerdə qərarlaşıb.

Səyahət qiymətinə aviabiletlərin qiyməti, oteldə və ya kirayə qalma xərcləri və gündəlik xərclər daxildir. 

Orta göstərici olaraq yetkin yaşlarında olan iki nəfərin iki həftəlik  səyahəti, hotel otağında və ya mənzildə birgə qalması, yerli kafelərdə  qidalanması,  ara-sıra restoranlarda nahar və ya şam yeməyi etməsi əsas götürülüb.

Rusiyadan Azərbaycana iki həftəlik səyahətin ümumi məbləği 1616 ABŞ dolları olaraq qiymətləndirilir.  Səyahət məbləğinin 426 dolları aviabiletlərin alınması, 1190 dollar isə  ölkədəki səyahət xərclərinin (hoteldə qalma, nəqliyyat, qidalanma və s.) payına düşür.

Ölkəmizə səyahət üçün ən çox xərc tələb edən ayın avqust olduğu göstərilir:  iki nəfərin gündəlik büdcəsi 85 ABŞ dolları təşkil edir, onlardan – 35 dolları otel və ya mənzildə qalma, 32 dolları qidalanma, 18 dolları nəqliyyat və əyləncə xərclərinin payına düşür.

Qeyd edək ki, siyahıda birinci yerdə Belarus, ikinci pillədə isə Moldova qərarlaşıb./oxu

İcmal.Az

RƏYLƏR