Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olunub

OXUNUB: 571 SİYASƏT

Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun vurğulandığı görüşdə bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi bildirilib.

Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.

 

İcmal.Az

RƏYLƏR