Azərbaycan sərhədini pozan Şri-Lanka vətəndaşları yaxalanıb – FOTO

OXUNUB: 646 SOSİAL

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-dan İcmal.Az-a verilən məlumata görə, 8-9 mart tarixlərində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində üç halda dörd nəfər əcnəbi və bir nəfər Azərbaycan Respublikası vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Belə ki, 8 mart tarixində Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.

Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Bukavadze Sara Rövşən qızı sərhəd pozucusu qismində saxlanılıb.

9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı – 1989-cu il təvəllüdlü Yerjaşeva Mavhudxov Qafurovna sərhəd pozucusu qismində saxlanılıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

İcmal.Az

RƏYLƏR