Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası diaspor sahəsində yeni portal yaradır – LOBBİ.az

OXUNUB: 111 Özəl QHT

 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "www.lobbi.az informasiya portalının hazırlanması” layihəsi çərçivəsində yeni sayt ərsəyə gətirəcək.

Bu barədə saytımıza ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "Bizim təşkilatın əsas strateji istiqamətlərindən biri də diaspor fəaliyyəti ilə bağlıdır. Bizim Rusiyada, Ukraynada, Polşada nümayəndəliklərimiz var. Yaxın aylarda digər Slavyan ölkələrində də nümayəndəliklər açmağı düşünürük. Neçə ildir ki, biz lobbi sahəsində innovativ layihə həyata keçirməyi düşünürdük. QHT-lərə Dövlət Dəstəyi Şurasına xüsusi olaraq təşəkkür etmək istəyirəm. 2 ay ərzində reallaşdıracağımız layihə çərçivəsində LOBBİ.az saytının yaradılmasını nəzərdə tutmuşuq. Yaxın günlərdə sayt istifadəçilərin ixtiyarına veriləcəkdir. Ümid edirəm bu sayt qısa zaman kəsiyində dünyadakı Azərbaycan lobbisi üçün unikal informasiya mərkəzinə çevriləcəkdir. Biz layihə çərçivəsində saytın paytaxtda və regionlarda təqdimatlarını reallaşdırmağı düşünürük. Hesab edirəm biz bu layihə vasitəsi ilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətini fərqli, innovativ formada dünyaya daşımağı bacaracağıq”

7NEWS.az


RƏYLƏR