Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası və 7NEWS.az “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu

OXUNUB: 615 GÜNDƏM Özəl QHT

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) və 7NEWS.az informasiya portalı "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.

Bunu ASGA-nın sədri, 7NEWS.az informasiya portalının təsisçisi Səbubi Abbasov məlumat verib.

O, bildirib ki, media qurumu və İctimai Birlik olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı kampaniyasına qoşulurlar:

"Bu gündən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) və 7NEWS.az informasiya portalı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.

İnanıram ki, həmişə ölkəmizin milli maraqlarını ön planda tutan QHT-lər və tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizədə bütün resursları səfərbər edərək Şuranın başlatdığı layihəni dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.


RƏYLƏR