Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Vilayət Quliyevi təltif etdi – MACARISTANDA+FOTOLAR

OXUNUB: 2139 GÜNDƏM QHT

2006-cı ildə təsis edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) hər il müxtəlif sahələr üzrə sorğular reallaşdırmaqdadır. Bu istiqamətlərdən biri də ölkəmizi akreditə olduğu ölkədə uğurla təmsil edən səfirlərimizlə bağlıdır. Diaspor.az – Azərbaycan Disporu İnfromasiya Mərkəzi və 7NEWS.az xəbər saytının informasiya dəstəyi ilə reallaşan layihənin budəfəki qalibi Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vilayət Quliyevdir.

Macarıstanın paytaxtdı Budapeştdə reallaşan təqdimat mərasimində çıxış edən ASGA sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirmə xarakteri daşıdığını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun qorunmasında müstəsna xidmətləri olan diplomatlarımızın gənclərə daha yaxında tanıtdırmaqdan ibarət olduğunu deyib.

Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vilayət Quliyev çıxışında göstərilən diqqət və qayğıdan dolayı ASGA İdarə Heyətinə öz təşəkkürünü bildirdi.

Sonda ASGA adından Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vilayət Quliyevə "İlin Səfiri” fəxri diplomu və xüsusi medal təqdim edildi.

Məlumat üçün qeyd edək ki, 11 illik fəaliyyəti dönəmində bu mükafata yalnız Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbül oğlu və Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov layiq görülüb.

ÜMUMİ MƏLUMAT

Dr. Vilayət M. Quliyev (05.11.1952)

Azərbaycan Respublikasının Macarıstanda

Fövqəladə və Səlahiyyətli Səfiri

·1970-1975 BDU-nin Filologiya fakültəsinin tələbəsi.

·1975-1978 Beyləqan rayonundakı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi.

·1978-1981 Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı.

·1982 Filologiya elmləri namizədi.

·1981-1987 Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, sonralar isə şöbə müdiri.

·1987-1991 Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini.

·1990 Filologiya elmləri üzrə fəlsəfə doktoru.

·1991-1992 Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində professor.

·1992-1996 Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, "Millət" qəzetinin baş redaktoru.

·1996 Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir.

·Oct.1999 Azərbaycan Respublikasının Xarici İşlər Naziri təyin olunmuşdur.

·1999-2004 Azərbaycan Respublikasının Xarici İşlər Naziri.

·2000 Fövqəladə və Səlahiyyətli səfir rütbəsi ilə təltif olunmuşdur.

·2004-2010 Azərbaycan RespublikasınınPolşadakı Fövqəladə və Səlahiyyətli səfiri.

·2010 Azərbaycan RespublikasınınMacarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri təyin olunmuşdur.

Vilayət Quliyev Rusiya, Türkiyə və İranda nəşr olunan 15 kitab və 300 elmi məqalənin müəllifidir. Elmi fəaliyyətinə görə "M.F.Axundov" (1989) və "H.Z.Tagıyev" (1994) mükafatlarına layiq görülmüşdür. Rus, türk, fars, ingilis və polyak dillərini bilir.

Evlidir, bir oğlu və bir qızı var

 





RƏYLƏR