Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının 14 yaşı tamam oldu - FOTOLAR

OXUNUB: 197 Özəl QHT

Bugün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin 14 yaşı tamam oldu. Məlumat üçün qeyd edək ki, ASGA 2006-cı ilin 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 14 il ərzində öz çoxistiqamətli fəaliyyəti ilə seçilən QHT-nin təsisçisi və sədri, tanınmış internet-media ekspert Səbuhi Abbasovdur.

Təşkilat bu illər ərzində öz spesifikasına uyğun fəaliyyət göstərərək ciddi uğurlar əldə edib. Bugünə qədər ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 20-ni beynəlxalq layihələr təşkil edir. Son 14ildə ASGA ölkəmizə qarşı qərəzli hesabatlar verən təşkilatlara qarşı bir neçə dildə və müxtəlif məzmunda 46 bəyanat yayıb.
Təşkilatın media qurumları ilə sıx əməkdaşlığı qurulub. Məhz bunun nəticəsidir ki, bu günə qədər QHT haqqında 4798 məqalə dərc edilib. Hal-hazırda ASGA-nın Rusiyada, Ukraynada, Belarusda və Polşada nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Təşkilatın əsas məqsədi ölkəmizi Slavyan ölkələrində layiqincə təbliğini və gənclərarası innovativ inteqrasiyanı təmin etməkdən ibarətdir.

Bugün ASGA Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Milli QHT-lər Forumu, Gənclər Təşkilatları Milli Şurası ilə sıx əməkdaşlıq edir. Bundan başqa ASGA Avropa Şurası Gənclər Departamenti, Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu, Rusiya Gənclər Parlamenti, Ukraynada, Polşada, Belarusda və digər Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir.

 
































































RƏYLƏR