“Azərbaycan-Slavyan Gənclərinin I Forumu” çərçivəsində panel müzakirələri reallaşıb – FOTOLAR

OXUNUB: 208 Özəl QHT

23 fevral 2019-cu il tarixində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı "Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun panel müzakirələri keçirilib. "Multikultralizmin Azərbaycan modeli: GƏNCLƏRİN GÖZÜ İLƏ” və "Qloballaşan dünyada Dini dəyərlərin qorunması” mövzusunda keçirilən panel müzakirələrdə Forum iştirakçıları, aidiyyatı qurumun rəsmiləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov panel müzakirəni açıq elan edərək ölkəmizin multikultralizm və tolerantlıq siyasətindən danışıb: "Azərbaycan xalqı tarixən başqa dinlərə, mədəniyyətlərə qarşı tolerant münasibəti ilə seçilibdir. Multikultralizm tək dövlət siyasi deyil, eyni zamanda, Azərbaycan xalqının həyat təzidir”

Daha sonra Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin sədri Mariya Voropayeva çıxış edərək Rusiyada bu istiqamətdə aparılan işlərdən, həyata keçirilən layihələrdən danışdı.

Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev isə çıxışında qloballaşan dünyada dini radikalizmin fəsadlarından söz açıb.

Rusiya-Türkiyə Forumunun üzvü Andrey Nikolayeviç, Ukrayna icmasının üzvü Nagı Mardzhan və digər çıxış edənlər gənclər arasında multikultral dəyərlərin təbliğinin vacibliyindən danışıbar.

Tədbir hər iki panel üzrə müzakirə formatında davam edib. Panel müzakirələrin sonunda Azərbaycanda "Dinlərin Bakı Festivalı” keçirilməsi təklifi irəli sürülüb.

Məlumat üçün qeyd edək ki, 21-24 fevral 2019-cu il tarixlərində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nu reallaşdırır. Forumun təntənəli açılış mərasimi 750 gəncin iştirakı ilə Bakı Slavyan Universitetində baş tutmuşdu.

7NEWS.az


















RƏYLƏR