Azərbaycan su problemi həll oluna bilər: MİLLƏT VƏKİLİ ÇIXIŞ YOLU TƏKLİF ETDİ – “AKELİK” GROUP

OXUNUB: 1498 index-manşet Özəl İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, son aylar ölkəmizdə su problem ciddi şəkildə problemlər yaratmaqdadır. İlk növbədə regionlar, xüsusən də, kənd təsərrüfatı üzrə ixtisaslaşan bölgələr bu il susuzluq səbəbindən ciddi zərərlə üz-üzə qalıblar. Son günlər məsələnin ciddiliyi Parlamentə "daşınmış”, bir çox millət vəkilləri bu problemin həlli üçün təkliflər irəli sürmüşlər. Eyni zamanda, problem Prezident İlham Əliyevin tam nəzarətindədir və həlli üçün ciddi tapşırıqlar verilib.

7NEWS.az xəbər verir ki, ciddi, konstruktiv və əsaslandırılmış təkliflərdən biri də Millət vəkili Ramil Həsən tərəfindən irəli sürülüb. Təkliflər paketi özündə unikal həll yolunu ehtiva edir və bu işin icrası üçün dünya miqyasında təcrübəsi olan şirkəti təklif olaraq dəyərləndirir. "DİSTİLLƏ OLUNMUŞ SU VƏ TORFABƏNZƏR MİNERALLARLA ZƏNGİN QURUNTUN İSTEHSALI” adlı sənəddə deputat Ramil Həsən alternativ enerji mənbələri və susuzluqla mübarizə ilə bağlı geniş təkliflər irəli sürüb: "Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Bakının rəhbərləri ilə keçirdiyi videokonfransda Azərbaycanda mövcud su problemi və müasir innovativ texnologiyadan istifadə olunaraq müxtəlif formalarda suyun istehsalı və əhalinin içməli və suvarma suyu ilə tələbatıyla bağlı atılması gərəkən vacib addımlardan bəhs etmişdir.

Bu istiqamətdə xüsusilə vurğulamaq istərdim ki, bilavasitə Azərbaycan şirkəti olan "AKELİK” GROUP tərəfindən artıq bir neçə ildir ki, müxtəlif innovativ və kosmik texnologiyalar istifadə olunaraq Gürcüstanda, Moldovada, Tacikistanda və Avropanın bir çox ölkələrində çirkab suların yenidən təmizlənərək onlardan maksimal dərəcədə istifadə olunması, istehsala və ya içməli su kimi yenidən təqdim olunması, eyni zamanda məişət tullantılarından istifadə olunaraq alternativ enerji kimi istifadə olunması və havaya buraxılan zərərli qazların havaya buraxılmadan saxlanılaraq onlardan enerji mənbəyi kimi istifadə olunub parniklərdə bu istiqamətdə utilizə edilməsi ilə bağlı bir irimiqyaslı proqram hazırlamışdır ki, bu da Dünya Bakı, bir çox beynəlxalq təşkilatlar, maliyyə qurumları tərəfindən dəstəklənir. Əlbəttə ki, bu eyni zamanda dövlətin büdcəsinə milyonlarla qənaət, həmçinin mövcud su probleminin ortadan qaldırılması, enerji mənbələrinin daha ucuz şəkildə təmin olunması kimi bir çox məsələləri özündə ehtiva etməkdədir. Belə bir layihənin Azərbaycanda da tətbiqi minlərlə insanın yeni iş yerləri ilə təminatına kömək edəcəkdir. Mən bu minvalla bu məsələni burada qaldırmaq istəyərdim.

Demək istədiyim layihənin adını bilavasitə sizlərlə paylaşmaq istəyirəm. Deməli Distillə olunmuş su və torfabənzər minerallarla zəngin quruntun istehsalı. Layihənin adı belə gedir. Vurğulamaq istədiyim xüsusi bir nüans var ki, bu layihə eyni zamada dünyada mövcud olan ekoloji və sosial problemlərin həlli yönündə layihələrin hazırlanmasında Azərbaycan şirkətinin müstəsna rolunu da ortaya çıxarmışdır ki, bu gün İsrail kimi bir çox ölkələr, hansı ki buna bənzər layihələr istifadə edirlər, o layihələrdən ikiqat daha güclü olan və daha az maliyyə vəsaiti tələb edən yuxarıda qeyd etmiş olduğum istiqamətli layihənin müəllifi Azərbaycan şirkəti AKELİK GROUP-dur ki, keçən dəfə də mənim həmkarım Müşfiq müəllimin burada qaldırdığı kimi, Gürcüstanda da tətbiq olunan və mənim şəxsən bildiyim Moldovada, orta Asiyanın bir çox ölkələrində tətbiq olunan yeni innovativ bir layihədir.

Bu layihə çərçivəsində mənim sizinlə bölüşmək istədiyim nədir. Misal üçün, Bakı şəhərinin günlük kanalizasiyaya axıtdığı suyun həcmi, yəni çirkab sular bir milyon yarım kub metrdir. Bir milyon yarım kub metr su təsəvvür edin ki, bütün müasir kosmik və innovativ texnologiyalar tətbiq edilərək distillə su halına gətirilir və Azərbaycan hökumətinin verəcəyi qərara görə bu su suvarma sistemində və eyni zamanda İsraildə və bir çox Ərəb ölkələrində olduğu kimi içməli su kimi istifadə oluna bilər.

Həmçinin, bununla yanaşı məişət tullantılarından enerji istehsalında və onun istehlakında istifadə olunması üçün istifadə olunur ki, bu da bütün Azərbaycanda toplanılan məişət tullantılarının bu texnologiyaların tətbiq edilməsi ilə alternativ enerjiyə çox böyük bir dəstək verməsi və yaradılan bu alternativ enerji vasitəsilə həm ekoloji cəhətdən təmiz, həm də ucuz qiymətə enerjinin istehsalı, istehlakına ciddi bir şərait yaradır. Bu da əlbəttə ki, mövcud maya dəyərindən, hətta İsraildəki mövcud maya dəyərindən 3-4 dəfə daha ucuz qiymətə belə bir layihənin tətbiqinə şərait yaradır.

Burada eyni zamanda bərk məişət, sənaye və kənd təsərrüfatı tullantılarının utilizasiyası prosesində alınan istilik enerjisi hesabına vakuum buxarlanma və kavid ferment texnologiyalarının tətbiqi ilə çirkab sularının təmizlənməsindən söhbət gedir ki, bu da distillə suyun alınması və torfabənzər minerallarla zəngin quruntun istehsalına şərait yaradır. Yəni bu torfabənzər minerallarla zəngin quruntun istehsalı da nəticə etibarı ilə suyun yenidən içməli su formatına salınmasına böyük bir şərait yaradır və Azərbaycan dövlət büdcəsinə 100 milyonlarla qənaətin hesablanması deməkdir ki, bunu mütəxəssilər daha yaxşı bilirlər.

Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, mən bilavasitə susuzluqdan əziyyət çəkən bölgədən seçildiyim üçün ciddi araşdırmalar aparıram. Bu araşdırmaların nəticəsində də bilavasitə Azərbaycan şirkəti olan AKELİK GROUP-un bu sahədə ciddi attımlar atdığını, qonşu Gürcüstanda artıq uğurlu layihələr həyata keçirtdiyini və Gürcüstanın İnfrastruktur naziri və Baş naziri tərəfindən xüsusi təqdirə layiq olduqlarını vurğulamaq istəyirəm. Arzumuz bundan ibarətdi ki, Azərbaycan hökumətinə artıq təqdim olunmuş, bilavasitə cənab Prezidentin xüsusilə vurğulamış olduğu müasir innovativ texnologiyaların istifadə olunaraq Azərbaycanda su probleminin birdəfəlik həlli və eyni zamda alternativ enerji mənbələrindən istifadə olunmaqla məişət tullantılarının enerjiyə çevrilməsi və bundan da istehsalda istifadə olunması, parnik texnologiyalarında istifadə olunması və havaya buraxılan zərərli qazların tutularaq onlardan da enerji mənbəyi kimi istifadə olunmasına çox böyük kömək edəcək bir layihədir və Azərbaycan hökumətini bu sahədə bu şirkətin hazırlamış olduğu layihəyə diqqət göstərməyə, bu məsələni diqqətlə incələməyə, araşdırmağa çağırıram. Əminəm ki, ölkə rəhbərimizin qeyd etdiyi müasir innovativ texnologiyalardan istifadə ilə bağlı milli şirkətimizin hazırladığı bu layihə profesional mütəxəssislər tərəfindən yüksək qiymətləndiriləcək və nəhayət Azərbaycanda susuzluq, içməli və suvarma suyu ilə bağlı regionlarımızda mövcud olan təbii problemin ortadan qaldırılmasına böyük dəstək verəcək və eyni zamanda əlbəttə ki, on minlərlə yeni iş yerlərinin açılmasına təkan verəcək və həmçinin Azərbaycan dövlət büdcəsinə, xüsusilə də bu çətin iqtisadi krizis proseslərində də külli miqdarda qənaət olunmasına köməklik göstərəcəkdir.”

7NEWS.az


 

 

 

RƏYLƏR