“Azərbaycan tarixinin şanlı səhifəsi-Aprel döyüşləri” layihəsi başa çatıb

OXUNUB: 1262 QHT

12 noyabr 2017-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan qrant udan Aytac Şammədovanın "Azərbaycan tarixinin şanlı səhifəsi-Aprel döyüşləri” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Aprel döyüşlərində şəhid olan Cabbarxan Hacıağayevin qohumu, Nezermedi portalının rəhbəri Nəzərbəy Hacıağayev və politoloq Zaur Məmmədov iştirak ediblər. Layihə rəhbəri Aytac Şammədova gəncləri salamlayaraq, onlara Aprel döyüşləri haqqında qısa məlumat verib və qonaqlarını iştirakçılara təqdim edib. Daha sonra Nəzərbəy Hacıağayev Cabbarxanın necə Lələtəpə döyüşlərində qəhrəmancasına şəhid olduğu haqqında məlumat verib. İştirakçıların suallarını cavablandırıb. Tədbirin gedişində Zaur Məmmədova söz verilib. O, isə ümumilikdə Dağlıq Qarabağ və Aprel döyüşləri haqqqında danışıb, tələbələrin sullarına cavab verib. Sonda gənclərə sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.



RƏYLƏR