Azərbaycan, Türkiyə və Pakistan görüşü - Dünya niyə diqqət kəsilib?

OXUNUB: 598 SİYASƏT

"Azərbaycan, Türkiyə və Pakistan müəyyən məsələlərdə ortaq mövqe nümayiş etdirməklə bərabər, həm də hərbi məsələlərdə müttəfiq kimi çıxış edirlər. Bu çox önəmli məsələdir. Çünki Pakistan müsəlman dünyasında nüvə silahına malik yeganə dövlətdir”.

Bu sözləri Publika.az-a politoloq Natiq Miri 30 noyabrda baş tutacaq Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Pakistanın boynunda həm Türkiyənin, həm də Azərbaycanın mənəvi haqqı var:

"Bunu Pakistan cəmiyyəti heç vaxt unutmur. Məhz bu fundament üzərində qurulan münasibətlər və əməkdaşlıq hər ötən zaman çərçivəsində daha da müsbət məcraya daşınır.

Hər 3 ölkənin xarici işlər nazirlərinin görüşü də bu kontekstdə dəyərləndirmək lazımdır. Təbii ki, bu proses çərçivəsində hərbi əməkdaşlıq məsələləri önə çıxacaq. Çünki açığı, bu gün həm regional, həm də qlobal səviyyədə vəziyyət çox gərgindir.

Fikir verirsinizsə, son zamanlar Pakistan-Amerika münasibətləri gərgin müstəvidədir. Dəfələrlə ABŞ rəhbərliyi həm siyasi, həm də hərbi səviyyədə Paklistanı təhdid edir. Bu ölkənin daxili işlərinə qarışmağa çalışır. Artıq bir neçə həftədir ki, Pakistanın müxtəlif şəhərlərində ictimai-siyasi vəziyyət təlatümdədir. Bu prosesin arxasından isə ABŞ-ın birbaşa dəstək verdiyi FETÖ terror təşkilatı çıxır. Düşünürəm ki, bu görüşdə qlobal şəbəkəyə qarşı mübarizənin taktikalarının birgə müəyyən edilməsinə dair birgə məsləhətləşmələr də aparılacaq. Həm Türkiyənin, həm də Pakistanın gündəmində eyni təşkilata qarşı mübarizənin aparılması bu görüşdə də qabardıla bilər.

Dağlıq Qarabağ problemi ilə bağlı hər hansı siyasi irəliləyiş əldə edilməsə, - ki, bu heç bir vəchlə gözlənilmir - savaşdan başqa heç bir alternativimiz qalmır. Regionda yeni bir müharibənin çıxması ehtimalına qarşı, əlbəttə ki, Azərbaycanın müttəfiqləri hərbi yöndə dəstək məsələlərini də gündəmə gətirəcək”.

İcmal.Az

RƏYLƏR