Azərbaycan Türkiyəyə qaz ixracını azaltdı

OXUNUB: 778 İQTİSADİYYAT

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 4 mlrd. 273,850 mln. kubmetr qaz nəql edib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,2% azdır.

Cari ilin avqust ayında Azərbaycan qardaş ölkəyə 337,48 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 8,4% təşkil edir.

Qeyd edək ki, avqust ayında Türkiyə 4 mlrd. 15,73 mln. qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 10,71% çoxdur.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

İcmal.Az

RƏYLƏR