Azərbaycan Vanda keçirilən sərgidə Ermənistanın iştirakının qarşısını alıb

OXUNUB: 509

Sentyabrın 26-29-da Türkiyənin Van şəhərində keçirilən "X Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”nə Azərbaycan ilk dəfə təmsil olunub.

"Report”un məlumatına görə, sərgidə ölkəmizi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan MR-nın Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti "Naxçıvan Muxtar Respublikası” stendi ilə təmsil edib.

Tədbirdə Ermənistanın saxta, oğurluq mədəniyyəti ilə təmsil olunmasının qarşısı nümayəndə heyətimiz tərəfindən alınıb.

On altı ölkədən 350 şirkətin iştirak etdiyi sərgi zamanı, 52 kvadrat metrlik stendimiz və İrəvan xanlığının bayrağı sərgi iştirakçılarını diqqətini xüsusilə cəlb edib. 

Qeyd edək ki, stenddə Naxçıvanda yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin, yerli Turizm Departamentinin hazırladığı Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və muxtar respublikanın turistik xəritəsi sərgi iştirakçılarına təqdim olunub. Həmçinin "Sirab", "Badamlı", yerli duz və digər Naxçıvan brendli məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

RƏYLƏR