Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü başlayıb

OXUNUB: 927 SİYASƏT

Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakıda hərbi psixologiya, hərbi qanunvericilik, mətbuat və ictimaiyyətlə əlaqələr məsələləri üzrə mütəxəssislərin görüşü keçirilir.

Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər və intizam hüququ, hərbi əməliyyatlar zamanı psixoloji hazırlıq, həmçinin bir sıra digər mövzularda mühazirələr təqdim olunub və geniş fikir mübadiləsi aparılıb.

 

İcmal.Az

RƏYLƏR