Azərbaycan və "Benilüks" dövlətləri arasında diplomatlar üçün viza rejimi sadələşdirildi

OXUNUB: 638 SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə "Benilüks" Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş” imzalanıb.

İcmal.Az xəbər verir ki, Azərbaycanın Belçikadakı səfirliyindən Report-a verilən məlumata görə, imzalanma mərasimi "Benilüks" ölkələrinin Brüsseldə yerləşən Baş Katibliyinin binasında baş tutub. 

Sənədi Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Niderlandın Belçikadakı səfiri Maryem Van den Heuvel, Belçika Krallığı tərəfindən bu ölkənin Avropa İttifaqı yanında daimi nümayəndəsi Fransua Ru, Lüksemburq Böyük Hersoqluğu tərəfindən Lüksemburq Böyük Hersoqluğunun Avropa İttifaqı yanında daimi nümayəndəsi Jorj Friden tərəfindən imzalanıb.

Tədbirdə bildirilib ki, sazişin imzalanması minlərlə xidməti pasport sahiblərinin bu ölkələrin ərazilərinə vizasız gediş-gəlişi üçün imkan yaradacaq.

 

İcmal.Az

RƏYLƏR