Azərbaycan və Ermənistana səfər edən jurnalistlərin adları açıqlandı: Şuşaya kimlər gedib? (FOTO/YENİLƏNİB)

OXUNUB: 693 GÜNDƏM HADİSƏ
Noyabrın 17-dən 21-dək Ermənistandan olan jurnalistlərinin Azərbaycana, Azərbaycandan olan jurnalistlərin isə Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub. 

7News.Az azpost.info-a istinadən xəbər verir ki, səfərdə iştirak edən Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə - Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər.
 
Ermənistandan Bakıya "Şant” TV-nin icmalçısı Artyom Yerekyan, "Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan və separatçı rejimin "İTV” kanalının əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana "Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və "Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

Hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar.


Azərbaycanlı jurnalist Elşən Rüstəmov İrəvanda, Göy Məsciddə.
 
20.50

"ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub”. 

Bu barədə Qaynarinfo-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.
 


O, qeyd edib ki, səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar: "Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər”.
 
7News.Az

RƏYLƏR