Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB - FOTO

OXUNUB: 1023 index-manşet SİYASƏT
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.
 

İcmal.Az
 

--

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəldi.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olundu.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev Polşa əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.

Prezidentlər birgə foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşdü.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

İcmal.Az


26.06.2017
20:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.

 Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın "Okeçie" hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.
 
İcmal.Az
 



RƏYLƏR