Azərbaycan və Qırğızıstan gömrük xidmətləri arasında protokol təsdiq edildi

OXUNUB: 960 index-manşet SİYASƏT

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

Bu fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək

 İcmal.Az

RƏYLƏR