Azərbaycan və Türkiyə arasında pomidor rəqabəti dərinləşir

OXUNUB: 717 İQTİSADİYYAT

Rusiya Türkiyənin daha beş şirkətinə pomidor idxalına icazə verə bilər. 

 Rusiya Qida Təhlükəsizliyi Təşkilatı "Rosselxoznadzor”un mətbuat xidmətinin açıqlamasına görə, pomidor ixrac etmək istəyən türk şirkətlərinin pomidorlarının keyfiyyətinin yoxlanması prosesi hələ başa çatmayıb:

"Bununla belə, daha beş şirkətin pomidor ixrac etməsinə icazə vermək istəyirik”.

Qeyd edək ki, Rusiya ötən ilin noyabrında türk şirkətlərindən 50 min ton pomidor alıb. Nəzərə çatdıraq ki, Azərbaycanın qeyri-neft ixracında pomidor satışı birinci yerdədir. Yerli pomidorlar Rusiyaya ixrac edilir. Ötən il bu ölkəyə 151.6 milyon ABŞ dolları dəyərində pomidor ixracı reallaşdırılıb.

Bildirək ki, Türkiyə istehsalı olan pomidorlarla Azərbaycan məhsulunun istehlak qiymətləri arasında ciddi fərq var. Belə ki, Azərbaycan pomidorları keyfiyyətinə görə daha bahadır. 

Xatırladaq ki, türk pomidorlarının Rusiya bazarındakı payı Avropanın embarqosundan sonra artmışdı. 2015-ci ildə Rusiya idxalında bu ölkənin payı 41,8 faizdən 48,7 faizə qədər təşkil edirdi (Beynəlxalq Ticarət Mərkəzinin hesablamaları). Həmin dövrdə digər böyük idxalçı ölkələrin də - Çin, Mərakeş, Belarus və Azərbaycanın da tədarükü yüksəldi. Azərbaycan 8, 5 faizlə bazarın 4-cü payçısı idi. Lakin Rusiya ilə Türkiyə arasında yaşanan siyasi gərginlik Azərbaycanın payının daha da artmasına gətirib çıxardı. 

İcmal.Az

RƏYLƏR