Azərbaycan vətəndaşı Rusiyaya gizli şəkildə 7 ədəd qızıl boyunbağı aparmaq istəyib

OXUNUB: 1486 GÜNDƏM İDMAN HƏFTƏLİK İCMAL

Bakı. 29 aprel. / Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun ixrac piyada keçid xəttində Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-ray" markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19 qramlı  3 ədəd və 18 qramlı 4 ədəd, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR