''Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi'' və ''Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'' bayram tədbiri keçiriləcək - KİPRDƏ

OXUNUB: 1351 GÜNDƏM SOSİAL

7NEWS.az xəbər verir ki, Kiprdə ''Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi'' və ''Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'' bayram tədbiri keçiriləcək. Bu barədə saytımıza təşkilat komitəsindən məlumat verilib. Məlumatda deyilir:

Azərbaycan Diaspor Gəncləri təşkilatı olaraq sizləri Azərbaycan Tələbə Cəmiyyəti, KADM | Kipr Azərbaycan Diaspora Mərkəzi və Azərbaycan Kipr Dostluq Cəmiyyəti ilə birlikdə Doğu Akdeniz Universiteti, Beynəlxalq Ofislə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək olan ''Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi'' və ''Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'' bayram tədbirinə dəvət edirik.
Gürcüstan, Türkiyə, Rusiya və ABŞ konsertlərindən sonra məşhur Ritm Rəqs Qrupu (''Yetenek Sizsiniz Türkiyə'' finalistləri) bu dəfə ''Qafqaz Rüzgarı''nı Şimali Kipr Türk Respublikasında əsdirəcəkdir.

Tədbirə hər kəs dəvətlidir və sizləri aramızda görməkdən məmnun olacağıq!https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png:)

Qeyd: Giriş ödənişsizdir.

Xülasə təsvir:

·Nə? ''Qafqaz Rüzgarı'' konsert proqramı

·Harada? Rauf Raif Denktaş Mədəniyyət və Konqres Mərkəzi

·Nə zaman? 27. 12. 2018 (Cümə axşamı) / 19:00 - 22:30

Avtobuslar saat 18:30-da DAU 2 yataqxanası və universitetin əsas girişindən yola düşəcəklər.

Hörmətlə,
Təşkilat Komitəsi

RƏYLƏR