“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir? - RÜŞVƏT QALMAQALI

OXUNUB: 5471 Özəl Seçilmiş Önəmli HADİSƏ
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxili yoxlama başlayıb. Rubrika.Az BakuPost-a istinadla xəbər ki, AXDG-nin sədri Rauf Vəliyevin tapşırığı ilə başladılan araşdırmanın səbəbi idarədəki yeyinti şübhəsi olub.

Yoxlama başlayandan dərhal sonra əsas şübhəlilər – təchizat departamentinin rəisi Elman Qasımov və müavini Vüqar Allahverdiyev işdən uzaqlaşdırılıb. Vəzifəli şəxslər işdən çıxarıldıqdan sonra diqqət onların kimin tapşırığı ilə qanunsuz işlərlə məşğul olduğunu üzə çıxartmağa yönəlib. Və əsas şübhəli müəyyənləşib. Həmin şəxs AXDG sədrinin təzhizat, nəqliyyat və sosial məsələlər üzrə müavini Cəbrayıl Mahmudludur.

Hazırda aparılan daxili yoxlamalar Cəbrayıl Mahmudlunun vəsait yeyintisindəki rolunu aşkara çıxaracaq.

Qeyd edək ki, o, 2015- ci ilin noyabrından "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini tutur.


RƏYLƏR