Azərbaycan xüsusi təyinatlıları cəbhəyə YERİTDİ VƏ... - Abramyandan TƏŞVİŞ DOLU SÖZLƏR

OXUNUB: 1592 SİYASƏT
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "prezidentinin” "müşaviri” Tiqran Abramyan müharibə qorxularını açıqlayıb.

 T.Abramyan Azərbaycan Ordusunun təmas xəttində yeni istehkamlar inşa etdiyini, cəbhəni möhkəmləndirdiyini iddia edib.

"Son bir həftədə Azərbaycan Ordusu aktiv şəkildə yerdəyişmə edir və hərbi texnikanı gücləndirir. Aktiv mühəndislik işləri aparılır. Həmçinin, xüsusi təyinatlı qüvvələrin aktivliyi müşahidə olunur”, - deyə T. Abramyan iddia edib.

Qeyd edək ki, Ermənistan tərəfi Ordumuzun işğal altındakı Günnüt kəndini azad etməsindən sonra qorxuya düşüb.

İcmal.Az

RƏYLƏR