Azərbaycana narkotik gətirmək istəyən əfqanıstanlı tutuldu

OXUNUB: 686 HADİSƏ

İrandan gələn Əfqanıstan vətəndaşının üzərində narkotik vasitələr aşkar olunub.

Dövlət Gömrük Komitəsindən İcmal.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Əfqanıstan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR