Azərbaycana poçtla narkotik gətirən musiqiçidən tələb: "Atam dindirilsin"

OXUNUB: 562 HADİSƏ
Ölkəyə qaçaq yolla narkotik maddə gətirməkdə ittiham edilən musiqiçi Çingiz Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə verib. Hər iki hal şahidi Ç.Muradov saxlanılan zaman DTX əməkdaşları tərəfindən dəvət edildiklərini bildiriblər. 

"Çingiz Muradovun o zaman saçları uzun idi. Onu poçtdan çıxanda gördüm. DTX əməkdaşları həmin şəxsi göstərdi və daha sonra nazirliyə gəldik. Orada Çingiz Muradovun üzərinə baxış keçiriləndə zərfdən dərman çıxdı". 

Ç.Muradov hal şahidin ifadəsinə etiraz edib. O bildirib ki, şahidin dediklərində ziddiyyət var. Təqsirləndirilən atasının məhkəmədə şahid qismində dindirilməsini tələb edib. 

Məhkəmə təqsirləndirilənin vəsatətini təmin edib. 

Məhkəmə iclası iyulun 20-də davam etdiriləcək. 

Qeyd edək ki, Çingiz Muradov musiqi akademiyasında təhsil alıb. O, qaçaqmalçılıq yolu ilə Polşadan Azərbaycana qanunsuz narkotik maddəni poçtla gətirməkdə təqsirləndirilir.
 

İcmal.Az

RƏYLƏR