Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb (FOTO)

OXUNUB: 654 AZƏRBAYCAN HADİSƏ
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "ROVER-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən (şitindən) 4 ədəd "Samsung Galaxy A 10 S", 4 ədəd "Samsung Galaxy A 20", 3 ədəd "Mi Play" və 2 ədəd "Redmi Note 7" markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR