Azərbaycana QAR YAĞACAQ,KÜLƏK ƏSƏCƏK

OXUNUB: 609 SOSİAL
Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 2-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. 

İcmal.Az nazirliyə istinadən xəbər verir ki, həftənin ilk iş günündə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 16-18° isti, Bakıda gecə 14-16°, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq. 

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.
 
İcmal.Az

RƏYLƏR