Azərbaycanda 35 yaşlı kişinin üzərinə benzin töküb yandırıldı

OXUNUB: 331 HADİSƏ
Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb.

İCMAL.AZ APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N. Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR