Azərbaycanda 6 günlük körpənin ölümü ilə bağlı ŞOK TƏFƏRRÜAT - atadan şübhə edilir

OXUNUB: 444 HADİSƏ
Lənkəranda 6 günlük körpənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Həyətdəki su quyusuna atılaraq boğulan körpənin bu gün altıaxşam şadlıq məclisi olmalı imiş. Belə ki, ailə üzvləri lənkəranlı olsalar da Bakıda yaşayır. Lənkərana da digər yaxın qoumlarla birlikdə gəliblər. Ümumiyyətlə hadisə baş verən gecə, yəni 29 iyul tarixində evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və 10-a yaxın digər yaxın qohumlar olub.
 
Anasının yedizdirdikdən sonra yuxuya getdiyi zaman beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının atanın ağlına gəlməsi müəyyən şübhələr yaradır. Bu körpənin ailədə dörd ildən sonra dünyaya gələn təkrar qız övladının olması da ailədə bu qız uşağının dünyaya gəlişinə sevinməyənlərin olduğunu fikirləşməyə əsas verir. Elə bu səbəbdən də artıq bir neçə nəfər ifadəsi alınması üçün sorğuya alınıb.

Qeyd: Bu körpə sərbəst güləş üzrə milli yığmamızın məşqçisi Aslan Ağayevin bacısı nəvəsidir. Körpənin atası Lənkəranın Darquba kəndindən, anası isə Astara rayonundandır./report
 
İcmal.Az

RƏYLƏR