Azərbaycanda 9 Özbəkistan vətəndaşı saxlanıldı

OXUNUB: 692 SOSİAL
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 9 nəfər Özbəkistan Respublikası və 1 nəfər Türkiyə Respublikası vətəndaşı saxlanılıb.


DMX-nin mətbuat mərkəzindən İcmal.Az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı Məzlum Səfərov tərəfindən 9 nəfər Özbəkistan vətəndaşının günəmuzd olaraq qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi məlum olub.

M.Səfərov öz ünvanı üzrə həmin əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınmasını təşkil edib, lakin onlar digər ünvanda yerləşdirilib. O cümlədən, M.Səfərov əcnəbiləri işə cəlb etməsinə baxmayaraq, DMX-dən müvafiq icazələrin alınması üçün sənədlər rəsmiləşdirilməyib.
 
İcmal.Az

RƏYLƏR