Azərbaycanda AİLƏNİN RÜSVAYÇILIĞI - Seksual manyak ər arvadını zorla kişilərə... -

OXUNUB: 726 HADİSƏ

"Gün ərzində müraciət edən ailələrin heç biri bir-birinə bənzəmir. Son ucu nifrətə, boşanmaya söykənsə də səbəblər müxtəlifdir. Qarşımda ucaboylu başı bağlı iki azyaşlı övladları ilə ağlayaraq dərdini danışan gənc xanım əyləşib. Yoldaşı tərəfindən zülmlərə məruz qalıb. Ən dəhşətlisi isə kişinin seksual manyak olmasıdır. Evə gəlməmişdən öncə mesaj yazır ki, mən gələndə telefonda kişilərlə mesajlaşarsan, bu sözləri yazarsan, mən onda dincəlirəm (etik olmayan ifadələr olduğundan yazılanları qeyd etmirik). Qadın bunları utana-utana danışır, mesajları mənə göstərir. Dəhşətə gəlirəm. Qadın yazır ki, evə soğan-kartof al. O, isə əvəzində iyrənc mesajlar yazır. Sonra da bildirir ki, əməl etməsə onu çölə atacaq."

  Bu sözləri xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zemfira Mustafayeva deyib. Z. Mustafayeva bu kimi hallarla tez-tez rastlaşdıqlarını qeyd edib. Təşkilat sədri bildirib ki, belə vəziyyət ailələrdə boşanmalara gətirib çıxarır:

"Çox vaxt qadınların söylədiklərini onların fantaziyası hesab edirik. Lakin bunları gözlərimlə gördüyümdən, xanımın halına acımaya bilməzdim. Bu ailədə, övladlarının gözü qarşısında nalayiq hərəkətlər edən atanın övladlarının gələcəyi necə olacaq?".

Birlik sədri onu da qeyd edib ki, xanımın həyat yoldaşı ilə profilaktik söhbətlər aparılıb:

"O, bütün baş verənlərdə içkini günahlandırdı. İşlə təmin edilməsində köməklik etdik. Artıq içki içmir. Xanımı tikiş sexinə işə düzəltdik. Vaxtaşırı psixoloji yardımlar edirik".

 

O vurğulayıb ki, sığınacaqda qalan qadınları çox hissəsini Sumqayıtdan olanlar təşkil edir:

"Problemlərin kökünü tapmaq və həlli istiqamətində iş görmək üçün müvafiq icra strukturları ilə birgə fəaliyyət göstərməliyik."

 

 

İcmal.Az

RƏYLƏR