Azərbaycanda avtomobillər üçün yeni rüsumlar müəyyən edildi

OXUNUB: 38 İQTİSADİYYAT

Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar verib.

İcmal.Az xəbər verir ki, minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir.

Bu aktın məqsədləri üçün minik avtomobili dedikdə, sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi nəzərdə tutulur.

Eyni zamanda, aktda istifadə olunan digər anlayışlar "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0,

istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8,

istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3 manat müəyən edilib.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}