Azərbaycanda azyaşlını zorladı — Rusiyada tutuldu

OXUNUB: 793 HADİSƏ
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Krasnodar vilayətində azyaşlıya qarşı seksual hərəkətlər edərək İnterpol xətti ilə axtarışda olan azərbaycanlını həbs edib.

İcmal.Az xəbər verir ki, 1983-cü il təvəllüdlü Rəşad Nəsib oğlu Zeynalov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2 il öncə Azərbaycan Respublikası cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışa verilib.
Hazırda saxlanılan şəxsin ölkəmizə eksdradisiya olunması ilə bağlı işlər aparılır./ölkə

İcmal.Az

RƏYLƏR