Azərbaycanda bağçada biabırçılıq: “Ay səni yerə soxum” – VİDEO

OXUNUB: 614 GÜNDƏM HADİSƏ

 

Son bir neçə ildə Azərbaycanda fəaliyyəy göstərən bağçalarla bağlı neqativ videolar yayılmaqdadır. Bu videolardan sonra müvafiq qurumlar həmin bağçalarla bağlı ciddi tədbirlər görürlər. Görünən odur ki, bu üsul o qədər də effektiv deyil və bir çox bağçalarlarda qeyri-etik hadisələr yaşanır.

7NEWS.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədriKəmalə Ağazadə məlumat verib. 1 iyun Beynəlxalq Uşaqlar Günü ilə bağlı paylaşımında K.Ağazadə "Videoda olan söyüşə görə bağışlayın, səsi bağlaya bilmədim... Uşaqlarımız belə mənəviyyatsız insanlar tərəfindən "tərbiyə" olunur!!! Müdafiəmiz mübarək!!!” qeydini edib. İlkin məlumata görə olay Zığdakı bağçaların birində baş verib. Dəqiqləşdirməyə çalışacağıq.

7NEWS.az videonu təqdim edir və hadisənin baş verdiyi yer, səsi eşidilən "tərbiyəçinin” müəyyən edilməsi ilə bağlı araşdırmaya başlayır.

 

RƏYLƏR