Azərbaycanda bank rəhbərinin evi talan edildi - Oğrular bacısı oğlanlarıdır

OXUNUB: 897 SOSİAL HADİSƏ
Daşkəsəndə baş vermiş oğurluqla bağlı maraqlı detallar üzə çıxıb. 
 
İcmal.Azxəbər verir ki, musavat.com-un dəqiqləşdirdiyi məlumata görə, oğurluq edilən evlərdən biri "Gəncəbank" Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının sədri Pərvanə Novruzova, digəri isə onun qardaşı Məhəmmədli Novruzova məxsusdur. 

Xatırladaq ki, Daşkəsən polisi oğurluqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstəni zərərsizləşdirib. İki qardaş dostları ilə əlbir olaraq dayısının və xalasının evini qarət edib. Üstəlik onlar əməllərinə görə heç peşman deyillər.

Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xoşbulaq kəndində Pərvanə Novruzovaya məxsus evi qarət edən Gəncə sakinlər 26 yaşlı Emin və 22 yaşlı Sultan Əliyev qardaşları, eləcə də onların yaxın dostu 33 yaşlı Ürfan Məhərrəmov saxlanılıb.

Onlar evdən seyfi, müxtəlif markalı televizorlar, DVD-lər, eləcə də xeyli miqdarda qiymətli məişət əşyalarını oğurlayıblar. Bundan başqa polisin araşdırması zamanı məlum olub ki, qardaşlar dostları ilə birlikdə bir müddət əvvəl dayıları Məhəmmədli Novruzovun evindən də oğurluq ediblər. Polis hər iki evdən oğurlanan maddi sübutları aşkarlayaraq istintaqa təqdim edib.
 
İcmal.Az

RƏYLƏR