Azərbaycanda banklararası kreditlər bahalaşdı

OXUNUB: 744 İQTİSADİYYAT

Azərbaycanda manatla ayrılan banklararası kreditlərin ucuzlaşması 2017-ci ilin sentyabr ayında davam edib. Manatla kreditlər üzrə orta faiz dərəcəsi sentyabrda daha 0,03 faiz bəndi azalaraq oktyabrın 1-nə illik 8,41% təşkil edib.

İcmal.Az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 9,76%-dən 9,97%-ə yüksəlib. Hesabata əsasən, ən bahalı 30-90 günlük banklararası kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,22% təşkil edib.

 

İcmal.Az

RƏYLƏR