Azərbaycanda bayram namazı qılınıb

OXUNUB: 806 SOSİAL

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.

İcmal.Az-ın məlumatına görə, saat 08.00-da "Əjdərbəy” məscidində, saat 09.00-da isə "Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibəti ilə təbrik ediblər. 

"Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

 

İcmal.Az

RƏYLƏR