Azərbaycanda bazarda yanğın baş verib: Geyim mağazaları alışıb

OXUNUB: 732 HADİSƏ

Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2 olan 3 geyim mağazasında yanğın baş verib.

İcmal.Az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

İcmal.Az

RƏYLƏR