Azərbaycanda benzinin qiyməti artacaqmı? - AÇIQLAMA

OXUNUB: 701 SOSİAL
Türkmənistanda benzinin qiyməti bahalaşmasının Azərbaycana təsiri olmayacaq”.

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Vüqar Bayramov qeyd edib ki, son dövrlərdə Türkmənistanda qiymət artımı müşahidə olunur:

"Buna da səbəb Türkmənistanın iqtisadiyyatı ilə bağlıdır. Bu ölkədə son dövrlər iqtisadiyyatda geriləmə müşahidə olunur. Bundan əlavə tətbiq edilən güzəştlər ləğv edilib. Ona görə də Türkmənistanda qiymət artımı gözlənilən idi. Çox güman ki, bu qiymət artımı davam edəcək. Çünki valyuta ehtiyatları azalmaqdadır. Dövlət vətəndaşların sosial tələblərini ödəyəcək maliyyəyə malik deyil. Türkmənistanda bu qiymət artımının Azərbaycana heç bir təsiri gözlənilmir. Aİ-92 benzinin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bu benzinin qiyməti təzə artırılıb. Aİ-95 və Aİ-98 premium markalı benzin Azərbaycana Şərqi Avropadan gəlir. Qonşu ölkədə qiymət artımı Azərbaycana təsir etməməlidir. Bundan istifadə edib benzinin qiyməti artırılmamalıdır. Əslində buna ehtiyac da yoxdur”. 

İcmal.Az

RƏYLƏR