Azərbaycanda biabrçılıq: Səməd Vurğunun adını daşıyan məktəb fermaya çevrilib - VİDEO

OXUNUB: 696 MARAQLI
Azərbaycanın dahi şairinin adını daşıyan təhsil ocağı fermaya çevrilib. Məktəbə gələn hər kəsdə belə təssəvvür yarana bilər ki, burada şagirdləri mal-qara əvəzləyib.

İcmal.Az criminal.az-a istinadən xəbər verir ki, söhbət Ağdaş rayonu, Səməd Vurğun adına 1 saylı orta məktəbdən gedir.

Şəhərin mərkəzində, Heyrəd Əliyev prospektində yerləşən məktəbin həyətində hər gün mal-qara otarılır. Həyətdəki yaşıllıqlar inəklər tərəfindən məhv edilir, ətraf ərazi çirkləndirilir.

Mühafizə olunan məktəbdə mal-qara otarılmasına icazə verən şəxsin kim olduğu məlum deyil. Mal-qaranın məktəbin həyətinə gətirilməsi hər gün təkrarlanır.

Məsələ ilə bağlı təhsil ocağından münasibət oyrənmək mümkün olmadı.

Məktəb həyətini fermaya çevrilməsini göstərən görüntüləri təqdim edirik:
 

İcmal.Az

RƏYLƏR