Azərbaycanda bu da oldu: aparıcı canlı yayımda EVLİLİK TƏKLİF ETDİ - FOTO

OXUNUB: 982 ŞOU-BİZNES

Azərbaycan efirində görünməmiş hadisə baş verib.

 

 

İcmal.Az xəbər verir ki, "Xəzər" telekanalının "Nuş olsun" verilişinin aparıcısı Ağakərim Şamidzadəiş yoldaşı olan Gülnar adlı xanıma öz verilişində evlilik təklifi edib.

Evlilik təklifinin ən maraqlı məqamı isə studiyada onunla birlikdə veriliş aparan Gülnara Ağakərimin hazırladığı sürpriz olub.

O, xanıma italyan mətbəxinin şiriniyyatı "tiramisu" hazırlayacağını, amma hazırlanma qaydasını sirr olaraq saxlayacağı üçün gözlərini bağlamalı olduğunu bildirib. Gülnar öncə bu təklifi qəbul etməsə də, razılıq verib. Sevgilisinin gözlərini bağlayan aparıcı "tiramisu" hazırlayırmış kimi özünü göstərsə də, aşbaz geyimini canlı yayımda altından geyindiyi kostyumla əvəzləyib. "Tiramisu"nun hazır olduğunu bildirən aparıcı Gülnara "gözünü aça bilərsən" deyib. Sevdiyi xanım aparıcını fərqli geyimdə, əlində çiçək qarşısında görüb. Telekanalın digər əməkdaşları da studiyaya daxil olublar və aparıcı sürprizini açıqlayıb:

"Deyəcəyim sözlər var. Nə az, nə çox, düz 10 il bundan əvvəl bu bədəndən çıxan ruhu sən yenidən mənə qaytarmısan. Mən böyüklərdən üzr istəyirəm. Amma bu addımı atmalıydım. Çünki mənim ürəkdən gələn pak niyyət və xoş istəyim var. 

 

Soyuducuya yaxınlaşan aparıcı "Hər zaman burada hazırladığım yeməklər olar" deyərək, orada gizlətdiyi üzüyü sevdiyi xanıma təqdim edib:

"Allahın izni ilə sənə evlilik təklifi etmək istəyirəm. Mənə ərə gələrsənmi? Həyatın enişində-yoxuşunda, yaxşısında-yamanında mənimlə birlikdə olarsanmı?"

Aparıcının təsirli sözlərinə sevdiyi xanım "Hə" deyib. 

Verilişdən sözügedən kadrları təqdim edirik:

İcmal.Az

RƏYLƏR